Nigeriyanın mərkəzində yerləşən Rukubi kəndində baş verən partlayış nəticəsində azı 27 maldar ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə AFP məlumat yayıb
"Biz bombardmanda bir neçə mal-qara ilə birlikdə 27 nəfərin öldüyünü müəyyən etdik. Daha çox insan yaralanıb və axtarışlar davam etdiyi üçün ölənlərin sayı arta bilər", - Nasarava polis komissarı Mayaki Məhəmməd Baba bildirib.
Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmır. Araşdırma aparılır.