Dövlət Miqrasiya Xidməti Böyük Britaniya vətəndaşı olan Rebakka Koatesə Azərbaycanda işləmək üçün verilən icazəni ləğv edib. Rebakka Koates Bakıda Avropa Azərbaycan Məktəbində işləyib.
İbtidai sinif müəllimi olan Rebakka Koatesin bu ilin avqust ayında Azərbaycana gəldiyi bildirilir. Daha əvvəl Çində və Özbəkistanda işləyən Rebakka Koatesin iş icazəsinin hansı səbəbdən ləğv olunduğu barədə məlumat verilmir.
Məlumat üçün bildirək ki, Avropa Azərbaycan Məktəbinin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. Bu məktəbdə illik təhsil haqqının 10 min manatdan yüksək olduğu bildirilir. /Yeniavaz.com
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək
- "Kapital Bank"ın İdarə Heyətinin sədri onlarla görüş keçirdi
- Şəkidə 23 mindən çox abonentin qazı kəsiləcək
- Əli Əsədov iclas keçirdi
- Qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə bərpa edildi
- Məşhur futbolçu karyerasını başa vurdu