Məşhur milyarderlər Bill Qeyts və Ceff Bezos Günəşin qaraldılması layihəsinə dəstək verib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, qlobal istiləşmə problemləri ilə mübarizə aparan alimlər hazırda bu məsələni müzakirə edir.
Məlumatlara görə, “Make Sunsets” adlı bir şirkət öz qərarı ilə mübahisəli metoddan istifadə edib. Belə ki, şirkət atmosferi soyutmaq məqsədilə stratosfer təbəqəsinə kükürd dioksit parçaları atmaq istiqamətində işlərə başlayıb. Kükürd dioksitlə dolu balonlar Meksikadan atmosfere buraxılıb. Balonlar yüksək təbəqələrə qalxdıqda maddələri buraxmağa başlayacaq və bununla Günəş şüalarını kosmosa göndərməklə qlobal soyuqlaşmanı təmin edəcək.
Elm dünyası bu məsələni ciddi şəkildə müzakirə edir. Əsas fikir belədir ki, şirkət özbaşına belə qərar verib və bu Yer kürəsinə müdaxilə deməkdir. Layihəyə Bill Qeyts və Ceff Bezosun dəstək verdiyi haqda məlumatlar var.
- Xaçmazda 37 yaşlı kişi kanalda boğuldu
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...