Azərbaycan Respublikası prezidentinin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 4.7.-ci maddəsinə görə, “Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Odur ki, ADR Partiyası olaraq fəaliyyətimizi qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Bununla əlaqədar partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam.
BUTA.TV xəbər verir ki, bunu ADR Partiyasının sədri Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək.
"Bu barədə sizi məlumatlandıracağam. Böyük ehtimalla partiya fəaliyyətini bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcək", - o qeyd edib.
- Xaçmazda 37 yaşlı kişi kanalda boğuldu
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...