“Vətəndaş Müqaviləsi” partiyasının deputatı Viqen Xaçatryan Ermənistanın Baş naziri Nikol Paşinyanın və Ruben Vardanyanın iddialarını ifşa edib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Paşinyanın partiyasının üzvü olan deputatı Viqen Xaçatryan Qarabağda cəmi 40 min erməninin yaşadığını bəyan edib və onlarla Bakı arasında dialoqun zəruriliyini qeyd edib.
"Biz Qarabağda yaşayan ermənilərlə Bakı arasında birbaşa dialoqa keçməliyik", - deyə V.Xaçatryan qeyd edib.
Maraqlı məqam isə ondan ibarətdir ki, daha əvvəl həm Paşinyan, həm də Vardanyan açıqlamalarında Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə 120 min erməninin yaşadığını bildirirdilər.
Erməni deputat bu açıqlaması ilə Paşinyanı və Vardanyanı bir növ ifşa etmiş olub.
- Xaçmazda 37 yaşlı kişi kanalda boğuldu
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...