Mövcud rejim İran üzərində hakimiyyətinin başlanğıcından bəri edamdan öz müxaliflərinə nəzarət etmək üçün bir vasitə kimi istifadə edib, hazırda isə siyasi edamlar yeni mərhələyə daxil olur.
BUTA.TV xəbər verir ki, bu barədə CNN-in son hesabatında bildirilib.
“İran təhlükəsizlik zabitini öldürməkdə ittiham etdiyi daha iki etirazçını edam etməklə beynəlxalq ictimaiyyətin yeni etiraz dalğasını başladıb. Hökuməti tənqid edənlər deyirlər ki, bu məhkəmələr şou və məcburi etiraflardan ibarətdir”, - hesabatda qeyd olunub.
CNN-in hesablamalarına görə, hazırda İranda azı 43 nəfər ölüm cəzası ilə üz-üzədir. Lakin Tvitterdə “1500Tasvir” fəal qrupu bu rəqəmin 100-ə qədər ola biləcəyini yazır.
Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı ötən 1 il ərzində İrandakı edamların 20 faiz artdığını açıqlayıb.
- Xaçmazda 37 yaşlı kişi kanalda boğuldu
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...