Ukraynadakı Rusiya qoşunlarının birləşmiş qrupunun komandanı olaraq Serqey Surovikin həddən artıq çox nüfuz qazandı və Şoyqu ilə Gerasimovun üzərindən keçərək Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışa bildi. Şübhəsiz ki, bu, Şoyqu və Gerasimovun xoşuna gəlmədi və onlar Surovikini sakitcə "kənarlaşdırmaq" qərarına gəldilər.
BUTA.TV xəbər verir ki, bu sensasion fikirləri amerikalı hərbi ekspert Rob Li bölüşüb.
Rob Li Prigojinin (rus oliqarxı, Putinin dostu, “Vaqner”in sahibi - red.) Surovikini təriflədiyini, ancaq Müdafiə Nazirliyinin yüksək rəhbərliyini tənqid etdiyini xatırladaraq, Kreml üçün uğurlu proseslərin bir çoxunun arxasında məhz Surokinin durduğunu qeyd edib:
“İndi Soledarın alınması və bu əməliyyat istiqamətində uğurun inkişafı dalğasında baş verən bütün bonuslar yeni komandirin adına yazılacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, ötən gün Rusiya ordusunun Baş Qərargah rəisi Gerasimov Ukraynadakı birləşmiş qoşunların komandanı təyin edilib, Surovikin isə onun müavini olub.
- Xaçmazda 37 yaşlı kişi kanalda boğuldu
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...