Ermənistan hakimiyyəti 22 müxalifətçi deputatı mandatdan məhrum etməyi planlaşdırır.
BUTA.TV erməni mediasına istinadən xəbər verir ki, parlament şurası bu məqsədlə Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır.
Şuranın iclasında müzakirə olunan məsələlərdən biri də “Hayastan” blokunun deputatlarının mandatlarından məhrum edilməsi olub.
Şuranın qərar layihəsində Konstitusiya Məhkəməsinə müraciət üçün tarix yanvarın 13-ü qeyd olunur.
Parlament sədrinin mətbuat katibi Sovinar Xaçatryan bildirib ki, deputatlar iclaslara gəlməmə həddini keçiblər.
"Hər bir deputat üçün ayrıca - mandatdan məhrumetmə ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilib-edilməməsi üzrə səsvermə keçirilir", - Xaçatryan deyib.
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu