"Qarabağ"ın kapitanı Maksim Medvedev Niderlandın "Tvente" və Qazaxıstanın "Astana" klublarından təklif alıb.
BUTA.TV xəbər verir ki, bu barədə 34 yaşlı müdafiəçi klubun rəsmi Yutub kanalında azarkeşlərin suallarını cavablandırarkən deyib.
O vurğulayıb ki, Niderland təmsilçisindən dəvət ona gənc yaşlarında gəlib:
"Həmin vaxt ölkə xaricində oynamağa hazır deyildim. Ona görə də bu cür təkliflərə çox diqqət yetirmirdim. Daha da inkişaf edib komandama xeyir vermək istəyirdim".
Təcrübəli oyunçu "Astana"dan isə UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etdikdən sonra təklif aldığını söyləyib:
"Maraqlı variant idi. Müqavilədə böyük məbləğ yazılmışdı. Lakin məsləhətləşdikdən sonra "Qarabağ"da qalmağa qərar verdim".
Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir.
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...
- Sabah bu rayonun səkkiz kəndində işıq olmayacaq
- Sosial Tədqiqatlar Mərkəzi MEDİA-ya birləşdirildi, yeni mərkəz yaradıldı - FƏRMAN
- Prezident mühafizəçiləri onları niyə və necə döydü? - VİDEO
- Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...
- Hacı Əziz məscidinə müdaxilənin qarşısı alındı
- Bakı-Sumqayıt koridorunda görüləcək işlər - Video
- BƏƏ onu Azərbaycana ekstradisiya etdi