Vaşinqton bu il ərzində Rusiya ilə savaşı davam etdirən Ukraynaya maliyyə və hərbi dəstəyini bir neçə dəfə artıracaq. Vaşintonda beynəlxalq aləmdə başqa problemlərin yaranacağı barədə də müxtəlif proqnozlar səslənir və yazılır.
BUTA.TV xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
O, ABŞ-ın məşhur “Hill” nəşrinin 2023-cü ildə Amerika ilə Rusiya və Çin arasındakı münasibətlərdə gərginliyin bir neçə dəfə artacağı, hətta toqquşma həddinə yaxınlaşacağını proqnozlaşdırdığını yazıb:
“Məqalənin müəllifi Pol Starsın fikrincə, ABŞ bu il Rusiya və Çinlə hərbi qarşıdurma həddinə çata bilər. Onun sözlərinə görə, vəziyyət Amerikanın həm Rusiya, həm də Çinlə toqquşma səviyyəsinə qədər gərginləşə bilər.
Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
Pol Starsın analizində ABŞ-ın il ərzində üzləşə biləcəyi 5 təhlükə bu şəkildə sıralanıb:
1. Koreya yarımadasında vəziyyət gərgiləşəcək;
2. İsraillə İran arasında toqquşma ehtimalı artacaq;
3. Hindistanla Pakistan arasında müharibə başlaya bilər;
4. Çinlə Hindistan arasındakı sərhəddə yeni gərginlik olacaq;
5. Tayvan adası ətrafında gərginlik növbəti mərhələyə daxil olacaq.
Analitik həmçinin, məqalədə nüvə silahının yayılmasının və iqlim dəyişikliyinin də Amerika üçün ciddi təhdid olduğu yazıb.
“Deyli Meyl” nəşrində yayımlanan digər məqalədə Amerikada 2023-cü ildə inflyasiyanın və artan qiymətlərin də Vaşinqtona ciddi problemlər yaradacağı bildirilib. Keçirilən sorğular da göstərir ki, 10 amerikalıdan 8-i 2023-cü ildə qiymət artımı, büdcə kəsiri və vergi artımı ilə üzləşəcəyini proqnozlaşdırıb. Bundan başqa pandemiya yenidən qayıdıb, Çində və Amerikada yeni virus növləri aşkarlanıb. 2023-cü ildə buna görə də mübarizə aparılmalıdır.
Beləliklə, 2023-cü ilin Amerika üçün ağır olacağı barədə proqnozların sayı artıb. Ancaq sadalanan problemlər yalnız Amerika üçün deyil, müxtəlif müharibə ehtimalları bölgə ölkələri üçün də ciddi təhdiddir. Misal üçün İranın nüvə silahı əldə etməsi və ya İsraillə toqquşma ehtimalı Avrasiya bölgəsini qarışdıracaq. Və ya iki nüvə dövləti olan Hindistanla Pakistan arasındakı qarşıdurma yalnız Amerikanın problemi olmayacaq”.
- 70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi