"Azercell kimi mobil operatorlarda balans sisteminə gərək şəxs özü diqqət yetirsin. Əgər vətəndaş istəmirsə ki aldadılsın, onda birbaşa olaraq öz balansına ciddi nəzarət etməlidir".
Bu fikirləri açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. İqtisadçı qeyd edib ki, bu hallara nəzarət edilməsə, o zaman həmin proses kütləvi hala çevrilə bilər:
"Ümumillikdə, tək "Azercell" deyil, bəzi mobil operatorlar da bu cür hesablamalar aparılır. Məhsul aldıqda ona nəzarət olunmama mexanizmi sonda vətəndaşın cibində olan pulunun yüksək məbləğdə xərclənməsinə gətirib çıxarır. Bu cür operatorlar internet paketlərdən, müxtəlif formada onun reklamlarından istifadə edirlər. Həmin reklamlar da müvəqqəti xarakter daşıyır. Sms gəldikdə, vətəndaş o reklamı daimi almağa qoşulur, ancaq imtina etdikdə müəyyən dövrdən sonra vətəndaşın balansında müəyyən məbləğdə artıq vəsait çıxılır. Hesab edirəm ki, operator kütləvi narazılığı nəzərə alaraq, artıq öz siyasətində dəyişiklik həyata keçirməlidir".
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?