Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Cahan Holdinq"ə məxsus ENNA MMC məhkəməlik olub.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, şirkət barəsində ilk dəfə Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokola Naxçıvan Şəhər Məhkəməsində Gülsüm Əliyevanın sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkət rəhbərliyi cərimə olunacaq.
Qeyd edək ki, "Cahan Holdinq"ə məxsus ENNA zavodunda ildə 250 milyon içki istehsal olunur. Şirkətin elektron saytında qeyd edilir ki, 2022-ci ildə ilk dəfə enerji içkisi istehsal edilir. Amma AQTA-nın apardığı yoxlama zamanı bəlli olub ki, ENNA MMC tərəfindən istehsal edilən "Plus Power” enerji içkisi deyil.
Onu da qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Murad Həbib oğlu Məmmədovdur.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək