Mingəçevirdə sürücülər arasında yol verməyə görə dava olub, biri baltalanıb.
BUTA.TV xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti "Köhnə Toxuculuq kombinatı" adlanan yerin qarşısında baş verib.
Belə ki, "Xəzər" markalı avtomobili idarə edən 1971-ci il təvəllüdlü Faiq Şikar oğlu Məmmədov yol vermək üstündə aralarında yaranmış mübahisə zamanı "Mersedes-Benz" markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Elvin Camaləddin oğlu Paşayevə baş nahiyəsindən qəsdən balta ilə vurub "açıq kəllə beyin travması və kəllə qapağı sümüyünün açıq sınığı" xəsarətini yetirib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?