Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov istefa verməmişdən bir gün əvvəl Bakı şəhərindən Naxçıvana qayıtmışdı.
BUTA.TV tns.az-a istinadən xəbər verir ki, Vasif Talıbov ilk dəfə hava limanının Prezident çıxışından istifadə etməmiş, xidməti maşını onu təyyarənin trapının yanında qarşılamamışdı. O, digər deputatlar kimi, Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonundan keçmişdi. Vasif Talıbovu oğlu Seymur Talıbov qarşılayaraq öz şəxsi avtomobili ilə Naxçıvan şəhərinə aparmışdı.
Həmin günədək Vasif Talıbov Bakı şəhərinə gəlib-qayıdarkən hava limanının Prezident salonundan istifadə edirdi. O ərazi digər sərnişinlər üçün qapalıdır, yəni Vasif Talıbovu hava limanının ərazisində heç kim görmürdü. İstefasından bir gün əvvəl isə Talıbov adi sərnişin kimi Naxçıvana qayıtmışdı.
Vasif Talıbovun təbliğatını aparanlar bu informasiyanın yanlış olduğunu bildirirdi.
TNS Vasif Talıbovun sonuncu dəfə Naxçıvana qayıdarkən adi sərnişin kimi hərəkət etdiyinin görüntülərini əldə edib.
Həmin videonu təqdim edirik:
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək