Fransa Prezidenti Emmanuel Makron siyasi naşılığını bir daha büruzə verib. Makron Rusiya Prezidenti Vladimir Putinin paradoksal şəxs olduğunu belə izah edib: “Mən onunla görüşəndə onun pis adam olduğu təəssüratı yaranmır, paradoks bundadır”.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Fransa liderinin Rusiya Prezidenti Putin haqda sözlərini şərh edərkən deyib.
Politoloqun fikrincə, daxili hisslərini məharətlə gizlədən Putin istənilən lider kimi qonaqlarını gülərüz şəkildə qəbul edir və beləcə yola salır:
“Putin Makronun üstünə qışqırıb, “baxarsız başınıza nə oyun açacam” deməliydi? Görünür Makron gözləyirmiş ki, əgər Putinlə Moskvada və Parisdə saatlarla söhbət edib, gülüb, hətta bir-birlərinə lətifə danışıblarsa, Rusiya Prezidenti Ukraynaya qarşı işğalçı müharibə başlamamalıydı. Bu ona bənzəyərdi ki, Fransanın əfsanəvi lideri Şarl de Qoll Moskvada Stalinlə görüşdən sonra ətrafındakılara deyəydi ki, “Stalin pis adama bənzəmir”. Halbuki, milyonlarla günahsız insanın qətl əmrini verən, İkinci Dünya müharibəsindən əvvəl Hitlerlə anlaşma imzalayan və onunla 1939-cu ildə Polşanı parçalayan Stalin idi və bunu Şarl de Qoll bilməmiş deyildi. Təsadüfi deyil ki, Şarl de Qoll 1944-cü ildə Moskvada Stalinlə görüşdən sonra xatirələrində bunları yazırdı: “Qarşımda xalqının qanını sovurmağa hazır olan tiran dayanmışdı”.
Şarl de Qoll Stalinin gülüşünə Makron kimi aldanmamışdı”.
- Bu halda onların təhsil haqqını dövlət ödəyəcək
- Fərman: Bu materialların dövriyyəsi qadağan ediləcək
- STM MEDİA-ya birləşdirilir
- Prezident fərman imzaladı
- Əhalinin sayı açıqlandı
- Bu deputatlara yeni vəzifə veriləcək
- Qadınları evlənmək adı ilə əcnəbilərə satan şəxs tutuldu - Video
- Bakıda çadralı qadınlar bıçaq və ülgüclə mağazaya basqın etdilər