Kreml Rusiya ordusunun Ukraynada fəal şəkildə istifadə etdiyi İranın kamikadze pilotsuz təyyarələrinin istehsalına başlamağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Dronların istehsal ediləcəyi şəhərlərdən biri Tolyattidir, başqa şəhərlər də var. Bir çox məsələlər üzrə kəşfiyyatımız sadəcə olaraq qüsursuz işləyir və biz onların hansı addımlar ata biləcəyini əvvəlcədən başa düşürük”, - o bildirib.
Danilov qeyd edib ki, lazımi komponentlərin çatışmazlığı səbəbindən Rusiya dron istehsalına necə başlayacağını bilmir.
- Süni intelektin məhkəmələrin fəaliyyətində tətbiqi... - Mansurov
- Bu il imtahan asan, yoxsa çətin olacaq? - Ekspert
- Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni detallar
- Qadın hərbçilərlə bağlı bu təklif ilk oxunuşdan keçdi
- Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlandı
- Meyxanaçı Samirənin müğənni qızı saxlanıldı
- Sabah hava necə olacaq?
- Xocavəndə ilk köç karvanı yola salındı