Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində keçirilən “The Belt and Road 2023 to World Chess Woman’s Summit” beynəlxalq turnirinin qalibi olub.
Azərbaycan Şahmat Federasiyasından BUTA.TV-a verilən məlumata görə, 11 turdan sonra 8,5 xal toplayan Günay Məmmədzadə yeni ildə iştirak etdiyi ilk turnirdə qızıl medala layiq görülüb.
Eyni xala malik Bibisara Assaubayeva (Qazaxıstan) əlavə göstəricilərə görə yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, turnirdə yeddi ölkədən 12 şahmatçı iştirak edib.
- Sabah hava necə olacaq?
- Xocavəndə ilk köç karvanı yola salındı
- Zərgərlik mağazasından qızılı belə oğurladı - Anbaan video
- Dövlət maliyyəsinin idarə edilməsində - Yenilik
- Bakıda gömrük terminalında meyit tapıldı
- Bakıda qadın doğuşdan sonra öldü
- Yeni cərimələr: 550 manatdan 2500 manatadək...
- Fərid Əhmədov onları vəzifədən azad etdi