Festival 11-dən 15-dək Bakıda Birinci Turan Kitab Festivalı keçiriləcək. “Pasaj-1901” sərgi salonunda təşkil olunacaq festival "Çapar yayınları"nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilati dəstəyi ilə reallaşacaq.
Kult.az-ın məlumatına görə, Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlcuq Karakılıç bildirib ki, festivalda 40-a yaxın nəşriyyatının, 20-yə yaxın kitab mağazasının iştirakı gözlənilir.
Onun sözlərinə görə, festivalda Türkiyədən olan bir sıra yazarların da iştirakı nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər aparılır. Festival günlərində kitab təqdimatları, imza saatları, qiraət saatları, mühazirələr olacaq, müəlliflərlə görüşlər keçiriləcək.
“Xarici qonaqlarla eksklüziv görüşlər, alimlərlə diskussiyalar, zəngin proqram 2023-cü ilin ilk kitab bayramında zamanınızı səmərəli keçirməyə kömək edəcək”, - Karakılıç bildirib.
- Sabah hava necə olacaq?
- Xocavəndə ilk köç karvanı yola salındı
- Zərgərlik mağazasından qızılı belə oğurladı - Anbaan video
- Dövlət maliyyəsinin idarə edilməsində - Yenilik
- Bakıda gömrük terminalında meyit tapıldı
- Bakıda qadın doğuşdan sonra öldü
- Yeni cərimələr: 550 manatdan 2500 manatadək...
- Fərid Əhmədov onları vəzifədən azad etdi