Milad atəşkəsi? Sonra nə var? Atəş? Elə isə gözləyin, Lavrovun əlaltıları bir müddət əvvəl keçənilki pravoslav bayramında bu barədə nə danışdılar? Görürəm ki, "yeni dron dəstələri" və aşpaz Putlerin səfərbər edilmiş qiymə ətini çatdırmağa vaxt yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa Kremlin Milad atəşkəsinə münasibət bildirərkən Tvitter hesabında yazıb.
O xatırladıb ki, ötən il aprelin 21-də BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın daimi nümayəndəsi BMT Baş katibinin Pasxa bayramı ilə bağlı humanitar barışıq çağırışından imtina edib:
"Daha sonra rusiyalı diplomat deyib ki, bu şəraitdə sülh və atəşkəs çağırışları çox yalan və qeyri-səmimi səslənir”.
Xatırladaq ki, Vladimir Putin 6-7 yanvar tarixlərində Ukraynada təmas xətti boyunca atəşkəsin elan olunması ilə bağlı müdafiə naziri Sergey Şoyquya təlimat verib.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?