Ombudsman Misir səfiri ilə görüşdü

00:12 - 7 Yanvar 2023 - GÜNDƏM

 Ombudsman Misir səfiri ilə görüşdü

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən BUTA.TV-a bildiriblər ki, Azərbaycan və Misir arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötdüyünü qeyd edən S.Əliyeva bu müddət ərzində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin qurulduğunu və inkişaf etdiyini vurğulayıb.

Görüş zamanı Ombudsman ötən il təsisatın yaradılmasının 20 illiyinin qeyd olunduğunu qonağın diqqətinə çatdırıb, bu dövr ərzində insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barəsində geniş məlumat verib.

S.Əliyeva 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni, tarixi və dini abidələrə qarşı vandalizm aktları barədə qonağı məlumatlandırıb. Ombudsmanın həyata keçirdiyi faktaraşdırıcı missiyalar və bunun nəticəsi olaraq hesabatların hazırlandığı diqqətə çatdırılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Ombudsman Misirin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini qeyd edib. Bildirib ki, müharibə dövründə də Misir xalqının mənəvi dəstəyi ölkələrimiz arasındakı dostluq əlaqələrinin sarsılmaz olduğunu bir daha göstərdi.

Səmimi görüşə görə, təşəkkürünü bildirən qonaq iki ölkənin milli insan hüquqları təsisatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüş zamanı insan hüquqlarının təbliği və maarifləndirmə sahəsində ölkələrimiz arasında birgə əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Yekunda qonağa Ombudsman Aparatının 20 illiyinə həsr olunmuş poçt markası təqdim olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol