Yanvarın 6-sı İran Super Liqasının 15-ci həftəsinin oyunları çərçivəsində Təbrizin "Traktor" klubu Tehranın "İstiqlal" komandası ilə qarşılaşıb.
BUTA.TV xəbər verir ki, Təbrizin "Bonyan Dizel" stadionunda başlayan oyun təbrizlilərin qələbəsi ilə başa çatıb.
Görüşün 36 və 53-cü dəqiqələrində "Traktor" komandasının hücumçusu Məhəmməd Qənbəri rəqib komandanın qapısından iki qol keçirib.
Bu qələbədən sonra "Traktor" 22 xalla turnir cədvəlinin altıncı pilləsinə yüksəlib. 27 xalı olan "İstiqlal" bu məğlubiyyətdən sonra ikinci pilləni 4-cü yerdə qərarlaşıb.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?