Yanvarın 5-də Astara rayon Polis Şöbəsinə şəhər ərazisində atəş səsinin eşidilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində atəşi açmaqda şübhəli bilinən rayon sakinləri R. Məlikov və əvvəllər məhkum olunmuş A. Rzayev saxlanılıblar.
R. Məlikovdan müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
A. Rzayev ilkin ifadəsində yanvarın 4-də saat 22 radələrində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A. Vəliyevin, A. Əliyevin və Y. Kərimovun onu evdən çağıraraq rayon sakini, əvvəllər məhkum olunmuş R. Bağırovun idarə etdiyi BMV avtomobildə sonuncunun evinə aparmalarını, orada onu döyərək 10 000 manat pul gətirməsini tələb etmələrini və pulu gətirməsi üçün saat 2 radələrində onu buraxmalarını bildirib.
Keçirilən tədbirlərlə A. Vəliyev, A. Əliyev, Y. Kərimov və R. Bağırov saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Astara RPŞ tərəfindən araşdırma aparılır.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?