Minimum əmək haqqının artırılmasının maaşa təsiri...

15:12 - 6 Yanvar 2023 - GÜNDƏM

 Minimum əmək haqqının artırılmasının maaşa təsiri...

Minimum əmək haqqının artımı ölkədə həm dövlət, həm özəl sektorda çalışanların ay ərzində əldə etdikləri maaşların ən aşağı səviyyəsini müəyyən edir. Yəni, heç bir yerdə - nə dövlət, nə özəl sektorda - işəgötürənin işçiyə bundan aşağı əmək haqqı verməyə ixtiyarı yoxdur.

Bu sözləri BUTA.TV-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, söhbət, dövlət sektorundan gedərsə, burada maaşlar Vahid Tarif Cədvəli ilə 19 pilləli mexanizm əsasında ödənilir:

“Minimum əmək haqqı artırılan zaman həmin sözügedən 19 pilləli mexanizm əsasında bütün maaş hədləri yüksəlir. Bu isə təqribən, 700 min nəfəri əhatə edir. Yəni, bu qədər adamın - işçinin aylıq gəlirləri artıb.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Dövlət başçımızın Sərəncamına əsasən minimum aylıq əmək haqqı 1 yanvar 2023-cü ildən 15% artırılaraq, 300 manatdan 345 manata çatdırılıb. Bundan əvvəl belə Sərəncam keçən il, yəni 2022-ci ilin yanvarın 1-i üçün verilmişdi. Belə ki, ölkə üzrə minimum əmək haqqı 300 manata qaldırılmışdı. Sözün qısasını desəm, minimum əmək haqqı səviyyəsi mühüm tənzimləyici göstəricidir.

Qarşıda duran əsas vəzifələrdən biri budur ki, ölkədə minimum əmək haqqı göstəricisi orta aylıq əmək haqqı göstəricinə indikindən xeyli yaxın olsun”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol