Azərişıq ASC Kəlbəcərdəki hərbi hissələri və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edib.
Qurumdan BUTA.TV-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırıqları əsasında Azərişıq ASC Kəlbəcərdə çətin relyefə, şaxtalı hava şəraitinə baxmayaraq, fasiləsiz iş görülür.
“Rayon ərazisində genişmiqyaslı işlər bu gün də aparılır. Sovet dövründə belə, elektrik enerjisinin olmadığı ucqar ərazilərdə müasir elektrik şəbəkələr qurulur. Kəlbəcər rayonunun Alagöllər və digər əraziləri ilk dəfə “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin edilir", - açıqlamada deyilir.
“Azərişıq”dan bildirilib ki, işlər çərçivəsində 23 km-dan artıq 35 kV-luq “İstisu-Alagöllər” birdövrəli kabel xətti çəkilib:
"12 km-dan çox 35 kV-luq “Çaykənd-Zod” kabel xəttinin çəkilməsi istiqamətində layihələndirmə işləri tamamlanıb, xəttin 7 km-dan artıq hissəsi çəkilib və bu istiqamətdə işlər davam etdirilir”.
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır