ABŞ Finlandiyaya 323,3 milyon dollar dəyərində “AİM-9X Block II” taktiki hava-hava raketləri və “AGM-154” idarə olunan bombaları, eləcə də müvafiq avadanlıqlar satmaq niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.
"Təklif olunan satış Finlandiyanın hava-hava və hava-yer tipli raket sistemini təkmilləşdirəcək, həmçinin ABŞ-ın Şimali Avropa ölkələri ilə münasibətlərinə müsbət təsir göstərəcək. Finlandiya bu silahlardan və əlaqədar xidmətlərdən istifadə etmək niyyətindədir ”, - sənəddə qeyd olunub.
Qeyd edilir ki, Finlandiya 40 ədəd “AİM-9X Block II” raketi və 48 ədəd “AGM-154 JSOW” bombası sifariş verib.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?