Bakıda evdə tapılan 4 meyitin 3-nün şəxsiyyəti məlum oldu

10:18 - 6 Yanvar 2023 - GÜNDƏM

 Bakıda evdə tapılan 4 meyitin 3-nün şəxsiyyəti məlum oldu

Ötən gün Bakının Nərimanov rayonunda meyiti tapılan 4 nəfərdən 3-nün şəxsiyyəti məlum olub.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, evdə meyiti tapılan şəxslərdən biri 2004-cü il təvəllüdlü Kamran Xaliq oğlu Allahverdiyevdir. Məlumata görə, adıçəkilən gənc bir həftə əvvəl yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Onunla birlikdə meyiti tapılan daha iki nəfərin də şəxsiyyəti məlum olub. Həmin şəxslər 1990-cı il təvəllüdlü Kənan Qurban oğlu Nəzərov və 1991-ci il təvəllüdlü Pərviz Adıgözəl oğlu Səfərlidir.

Hadisə yerində meyiti aşkarlanan 4-cü şəxsin isə sifəti tanınmaz olduğundan şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Məlumata görə, həmin şəxslərin bir həftə əvvəl öldüyü məlum olub. Meyitlərdə zorakılıq və xəsarət izləri aşkarlanmasa da, cürüməyə məruz qalıb.

İlkin ehtimal kimi həmin şəxslərin dəm qazından boğulması ehtimal edilsə də, ölümün səbəblərinin müəyyən edilməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə yanvarın 5-də paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında baş verib. Həmin ünvandakı mənzillərdən birinin sahibi evini 3 nəfərə kirayə verib. Yanvarın 1-dən 5-nə qədər kirayəşinlərə zəng vuran ev sahibi qarşı tərəfdən cavab ala bilmədiyi üçün yanvarın 5-də səhər saatlarında evə gəlib. Lakin evin qapısını bağlı görən mənzil sahibi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra mənzilin qapısı açılıb. Mənzilə baxış keçirilərkən oradan 4 nəfərin meyiti aşkarlanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol