İmişli rayonunda 42 yaşlı kişi ov zamanı ehtiyatsızlıqdan özünə güllə xəsarəti yetirib.
BUTA.TV xəbər verir ki, ov zamanı 1981-ci il təvəllüdlü Babək Bəhram oğlu Əsədovun tüfəngindən açılan atəş onun ayağını yaralayıb.
Yaralı ağır vəziyyətdə paytaxtda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona sağ pəncənin odlu silahdan açılmış çoxsaylı qırma yaraları diaqnozu qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
- Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - Video
- Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu
- Metroda interval 13 dəqiqəyə qədər artdı
- Qaradağda tarixi-mədəni abidələrə ziyan vuranlar saxlanıldı
- Tabutumu azərbaycanlı gənclər daşısın... - Davudoğlu
- İlham Əliyev, indi bu adı deməyi sevirəm - Tramp
- Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev
- Azərbaycanlıların İrəvana getməsi erməniləri təşvişə saldı