Amerikalıların imtina edə bilməyəcəyi şey ardıcıllıqdır. Yeni səfir Linn Treysinin gəlişi ərəfəsində ABŞ səfirliyi Putinin xüsusi əməliyyatına qarşı çıxanlara xüsusi ismarış ehtiva edən video-çarx paylaşdı.
BUTA.TV xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenko qeyd edib.
“Burada bəzilər yeni amerikalı səfir Linn Treysinin xarici görünüşü ilə bağlı “zarafat edirlər”. Deyirlər, gözəl deyil. ABŞ Dövlət Departamentinin inkişafı üçün əsas olan gözəllik deyil, zəka və peşəkarlıqdır. Onun Moskvaya indi göndərilməsi təsadüf deyil. O, Ermənistanda “yaxşı nəticələr” əldə edib”, - deyə o bildirib.
Qeyd edək ki, ABŞ Ermənistandakı səfiri L.Treysinin Rusiyaya səfir təyinatını təsdiqləyib.
Treysi Ermənistanın hazırkı qərbyönlü siyasətini (Paşinyanın hakimiyyətini) ciddi şəkildə dəstəkləyən, erməni işğalçı siyasətinə dəstək verən, Azərbaycanın ünvanına səfirə uyğun olmayan tədrzdə tənqidlər ünvanlayan diplomat kimi yaddaşlarda qalıb.
- Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - Video
- Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu
- Metroda interval 13 dəqiqəyə qədər artdı
- Qaradağda tarixi-mədəni abidələrə ziyan vuranlar saxlanıldı
- Tabutumu azərbaycanlı gənclər daşısın... - Davudoğlu
- İlham Əliyev, indi bu adı deməyi sevirəm - Tramp
- Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev
- Azərbaycanlıların İrəvana getməsi erməniləri təşvişə saldı