Putin Ərdoğanla danışdıqdan sonra bu qərarı verdi

09:02 - 6 Yanvar 2023 - GÜNDƏM

 Putin Ərdoğanla danışdıqdan sonra bu qərarı verdi

Vladimir Putinin Milad bayramı ilə əlaqədar 6-7 yanvarda atəşkəs elan etməsini cənab Ərdoğanın apardığı telefon danışığının nəticəsi kimi dəyərləndirmək olar. Zelenski ilə aparılan telefon danışığı da Türkiyənin sülh istədiyini göstərir. Lakin qarşı tərəfdə müharibənin davam etməsini istəyən Avropa və ABŞ var.

Bu sözləri BUTA.TV-a açıqlamasında Rəcəb Tayyib Ərdoğanın Putin və Zelenski ilə apardığı telefon danışığı haqqında danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.

Gökçə müharibənin yazın gəlişi ilə yenidən şiddətlənə biləcəyini qeyd edib:

“Zelenskinin ABŞ-a səfəri zamanı Bayden sülhün ancaq Ukrayna qələbə qazandıqdan sonra mümkün olacağını vurğuladı və 1,85 milyard dollarlıq yardım paketini açıqladı. Dolayısı ilə bir tərəfdə Ukraynaya silah yardımı edən ABŞ, İngiltərə və digər Avropa ölkələri, o biri tərəfdə qış şərtlərinə görə yenidən hazırlaşmaq üçün Dneprin cənubuna və şərqinə çəkilən Rusiya ordusu var. Eyni zamanda Rusiyada növbəti səfərbərlik dalğasının gözlənildiyi haqqında informasiyalar yayılır. Bütün bunlar mart ayının gəlişi ilə birlikdə müharibənin yenidən şiddətlənəcəyini deməyə əsas verir. Cənab Ərdoğanın apardığı danışıqlar isə ümumi mənzərəyə müsbət təsir etdi”.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Ekspert qeyd edib ki, Putin atəşkəs sərəncamını Rusiyanın sülh, ABŞ-ın isə müharibə istədiyini göstərmək üçün imzaladı:

“Fikrimcə, bütün hallarda Ukrayna ilə bağlı müsbət irəliləyişləri Türkiyənin növbəti diplomatik uğuru hesab etmək olar”.

Qeyd edək ki, Moskva və Bütün Rusun Patriarxı Kirill Milad bayramına görə 6-7 yanvar tarixlərində Ukraynada atəşkəs elan edilməsi üçün çağırış etmişdi. Ərdoğanla Putinin telefon danışığı da bu ərəfəyə düşüb.

Putin sözügedən tarix üçün atəşkəs göstərişi verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol