“İnansa, Təbriz deyil” şeirim seçilmiş əsərlərimin 2008-ci ildə nəşr olunan 3-cü cildində yer alıb. Təbriz və Güney Azərbaycanla bağlı “Xəbər gözləyirəm”, “Yollar açılacaq”, “Təbriz xiyabanı” kimi onlarla şeir və poemalar qələmə almışam.
Bu sözləri Kult.az-a xalq şairi Sabir Rüstəmxanlı İranda böyük coşqu ilə qarşılanan "İnansa, Təbriz deyil" şeiri haqqında danışarkən deyib.
“Çox istərdim ki, “Təbrizlə görüş” şeirim də bu şəkildə yayılsın. Rəhmətlik Söhrab Tahir zarafatyana deyərdi ki, sən Güneydən olmasan da, güneylilərdən çox yazmısan. Əslində, nə fərqi var ki, mən də sərhəddə doğulmuşam. Sərhədin ağrılarını ömrümüz boyu yaşamışıq. Bu bizim üçün unudulması mümkün olmayan bir məsələdir. 40 milyon xalqı, şeirdə deyildiyi kimi, əritmək olmaz, onu unutdurmaq olmaz. Təbriz də, Güney Azərbaycan da buna dözməz. Güney Azərbaycanda gedən prosesləri izləyirəm. Ümid edirəm ki, bu hərəkat bir nəticə verəcək", - S.Rüstəmxanlı bildirib.
Qeyd edək ki, Təbrizdə və İranın digər şəhərlərində fars rejiminə qarşı aylardır susmaq bilməyən etiraz aksiyalarının davam etdiyi bir ərəfədə Sabir Rüstəmxanlının “İnansa, Təbriz deyil” şeiri (xalq artisti Nurəddin Mehdixanlının ifasında) soydaşlarımızın mənəvi dəstəyinə çevrilib.
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır