Qərar tərəfimizdən atəşkəs və ya hücum hərəkətlərinə aiddir. Amma bu o demək deyil ki, biz düşmənin təxribatlarına cavab verməyəcəyik. Yaxud bu bayram saatlarında düşmənə ən azı bir az şans verəcəyik ki, təmas xəttində mövqelərini yaxşılaşdırsınlar.
BUTA.TV xəbər verir ki, bunu separatçı "dxr" rəhbəri Denis Puşilin Rusiya rəhbəri Vladimir Putinin Ukrayna ərazisində atəşkəs qərarını şərh edərkən Teleqram hesabında yazıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Milad bayramı ilə əlaqədar yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?