Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinə, bu gün isə Ukrayna Prezidenti Vladimir Zelenskiyə zəng edib. Ərdoğan müharibənin dayandırılması üçün var gücüylə çalışır, Putinə də təklif edib ki, birtərəfli qaydada atəşkəs elan etsin.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Putin müharibənin ölkəsi üçün yorucu hala gəldiyini anlayaraq Ərdoğanın çağırışına müsbət reaksiya verərək, atəşkəsə və Kiyevlə dialoqa meyillidir. Ancaq Putin eyni zamanda Kiyevin Krımın və Ukraynanın 4 bölgəsinin Rusiyaya “birləşməsi reallığını” qəbul etməsini istəyir. Belə olan halda nə atəşkəs, nə də dialoq faydalı olacaq. Kiyev işğalı uzadacaq atəşkəsin Ukraynanın ərazi bütövlüyü üçün təhlükə yaradacağından ehtiyat edir. Çünki uzun atəşkəsdən sonra yenidən Rusiya ilə müharibəyə başlamaq çətin olacaq, atəşkəs dövründə isə Rusiya işğal etdiyi ərazilərdə möhkəmlənəcək. Azərbaycan nümunəsində də gördük ki, 26 illik atəşkəs işğalın uzanmasına şərait yaratdı”, - o bildirib.
Qeyd edək ki, Rusiya lideri Milad bayramı ilə bağlı 6-7 yanvar tarixlərində Ukraynada atəşkəs elan edib. Bundan öncə Moskva və Bütün Rusun Patriarxı Kirill Miladla bağlı Ukraynada atəşkəs çağırışı etmişdi.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov isə Rusiyanın atəşkəs qərarını rədd edib.
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır