İranda yaşayan ayrı-ayrı millətlərə məxsus partiya və təşkilatlar Rza Pəhləvi başda olmaqla müxalifət nümayəndələrinin iddialarına qarşı bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bəyanatda Rza Pəhləvi və ətrafındakıların İran etirazçılarının adından danışmağa haqqı olmadığı bildirilib.
Həmçinin, İranın çoxsaylı millətlərdən ibarət olduğu vurğulanaraq, vahid millət ifadəsini qəbul etmədikləri qeyd olunub, özünü Pəhləvi sülaləsinin davamçısı hesab edən Rza Pəhləviyə 21 Azər 1325-ci ildə (12 dekabr 1946) atası tərəfindən minlərlə azərbaycanlının qətlə yetirildiyi xatırladılıb.
Qeyd edək ki, Yeni il axşamı başda Rza Pəhləvi olmaqla İranın bir neçə müxalifət nümayəndəsi birgə bəyanat yayaraq, 2023-cü ili molla rejiminin devriləcəyi il olduğunu qeyd edərək, İran millətini birliyə çağırıb.
Rza Pəhləvi mollalara qarşı çıxsa da, atasının siyasi irsinə sadiq qalaraq, İrandakı milli fəaliyyətləri “separatçılıq” adlandırır.
- Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - Video
- Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu
- Metroda interval 13 dəqiqəyə qədər artdı
- Qaradağda tarixi-mədəni abidələrə ziyan vuranlar saxlanıldı
- Tabutumu azərbaycanlı gənclər daşısın... - Davudoğlu
- İlham Əliyev, indi bu adı deməyi sevirəm - Tramp
- Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev
- Azərbaycanlıların İrəvana getməsi erməniləri təşvişə saldı