Dekabr ayının 31-də Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təşkil olunan tədbirdə qanunla satışı və istifadəsi qadağan olunan pirotexniki vasitələrdən istifadə edərək xuliqanlıq edən və vətəndaşların haqlı narazılığına səbəb olan şəxslər saxlanılıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Bakupost.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri texniki-axtarış tədbirləri nəticəsində pirotexniki vasitələri kor-koranə şəkildə insanların üzərinə atan, şəhər sakinləri 1999-cu il təvəllüdlü Hüseyn Rəhimov və 2004-cü il təvəllüdlü Azər Abdıyev barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada 10 sutka müddətinə həbs olunublar.
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi