Fransa Prezidenti Emmanuel Makron işğalçılarla “təhlükəsizlik zəmanəti” barədə danışıqlar aparmaq və güzəştə getmək istəsə, Bordonu Rusiya lideri Vladimir Putinə verə bilər.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Onun sözlərinə görə, belə təkliflər ağılsızlıqdır:
“Kimsə üzr istəməli olduğumuzu və onlara Krım, Donetsk, Luqansk bölgələrini verməli olduğumuzu düşünürsə, bu, tam dəlilikdir. Üstəlik, terrorçularla necə danışdığınızı başa düşə bilmirəm. Təsəvvür edin, Bayden masa arxasında oturur və Üsamə bin Ladenlə zəmanətlə bağlı danışıqlara başlayır”.
O, Makrona müraciət edərək, onun Rusiyaya güzəştlər və Putinin reputasiyasının qorunması ilə bağlı təklifini şərh edib:
“Onunla (Putinlə - red.) bir şey haqqında danışmaq lazım olduğunu söyləyəndə, ona bəzi zəmanətlər verilməlidir deyəndə, yaxşı olar ki, ona Bordonu zəmanət kimi verəsiniz”.
- Tabutumu azərbaycanlı gənclər daşısın... - Davudoğlu
- İlham Əliyev, indi bu adı deməyi sevirəm - Tramp
- Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev
- Azərbaycanlıların İrəvana getməsi erməniləri təşvişə saldı
- Azərbaycanlı xanımın gürcü baş nazirə dəhşətli məktubu...
- Saxta kampaniyalarla bağlı vətəndaşlara - Xəbərdarlıq
- Nazirdən əmr: Məmmədov komandir təyin edildi
- Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı