Keryan: Qərb Türkiyəni "cilovlaya" bilmir...

08:32 - 5 Yanvar 2023 - SİYASƏT

 Keryan: Qərb Türkiyəni

Türkiyəsiz NATO həssas struktura çevriləcək və Alyans Yaxın Şərq, Balkanlar, eləcə də bütün Cənubi Asiya istiqamətində strateji planların həyata keçirilməsi üçün ciddi təsir rıçaqlarını itirəcək.

BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan deyib.

O qeyd edib ki, Türkiyə Rusiyanın dəstəyi ilə hazırda enerji və taxıl qovşağına çevrilir, ona görə də Ankaranı cilovlamaq ABŞ və onun Qərb müttəfiqləri üçün kifayət qədər ciddi problemə çevrilib:

"Eyni zamanda, ABŞ Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmadığı üçün Türkiyəyə diplomatik təzyiqlər edir. Türkiyəyə təzyiq göstərməklə onu Rusiya ilə əlaqəsini kəsib “Qərb həmrəyliyi” məkanına qaytarmağa cəhd edilir. Ancaq Türkiyənin geosiyasi mövqeyini, ordusunun potensialını, onun ölkə kimi rolunun əhəmiyyətini nəzərə alsaq, NATO bu ölkə olmadan bacarmaz.

Bu xəbər hal-hazırda çox oxunur
COP29-da tarixi qərar qəbul olundu

Qərb Ankaraya qarşı kəskin addımlar atmayacaq, çünki Şimali Atlantika Alyansı Türkiyəsiz Yaxın Şərqdə bu strukturun “çərpələngə çevriləcəyini” açıq şəkildə anlayır".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol