Bu gün İran Xarici İşlər Nazirliyi Fransa səfiri Nikolas Roşu XİN-ə çağırıb və ona qalmaqallı satirik "Şarl Hebdo" jurnalında İran hakimiyyətinin karikaturalarının dərc edilməsinə etiraz notası təqdim edib.
BUTA.TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
"İran İslam Respublikası özünün islami, dini və milli ziyarətgah və dəyərlərinə təhqiri qəbul etmir və Fransanın söz azadlığı bəhanəsi ilə digər müsəlman ölkə və xalqların ziyarətgahlarını təhqir etməyə bəraət qazandırmağa haqqı yoxdur" ,- o bildirib.
Fransa səfirinə etiraz notasının veriləcəyi qeyd olunub.
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi