Xankəndi-Laçın yolunda dinc şəkildə təşkil olunan aksiyanın 24-cü günü gecə saatlarında da sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir.
BUTA.TV xəbər verir ki, fəallar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən ənənəvi şüarları gecə saatlarında da səsləndirirlər.
Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Aksiyada səhər saatlarında olduğu kimi, gecə saatlarında da təhlükəsizlik qaydalarına riayət olunub, heç bir mənfi təmas və insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. Aksiya hazırda davam edir.
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi
- Azərbaycan Belarusdan 100 ədəd MAZ alacaq
- "Anadolu Ankası - 2026" təliminə start verildi
- 600 abonentin qazı kəsiləcək