BMT TŞ-də Suriya müzakirəsi: Nələr gözlənilir?

01:08 - 4 Yanvar 2023 - GÜNDƏM

 BMT TŞ-də Suriya müzakirəsi: Nələr gözlənilir?

BMT Təhlükəsizlik Şurası yanvarın 9-da Suriyaya transsərhəd yardım göstərmək üçün yaradılmış mexanizmin uzadılması imkanını müzakirə edəcək.

BUTA.TV xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasına sədrlik edən Yaponiyanın daimi nümayəndəsi Kimihiro İsikane deyib.

"Mən diqqəti yanvarın 10-da başa çatan Suriyaya transsərhəd yardım mexanizminə cəlb etmək istərdim. Biz bu məsələnin müzakirəsini yanvarın 9-na təyin etmişik", - o deyib.

Qeyd edək ki, ötən il iyulun 8-də Rusiya Suriya transsərhəd yardım mexanizminin bir il müddətinə uzadılmasını təklif edən Qərb qətnamə layihəsinə səs verərkən veto hüququndan istifadə edib. Eyni zamanda, iyulun 12-də BMT Təhlükəsizlik Şurası Rusiya layihəsi əsasında mexanizmin 2023-cü il yanvarın 10-na qədər davam etdirilməsi ilə bağlı qətnaməni təsdiqləyib. Əgər yeni qətnamə təsdiq olunarsa, müddətin 6 ay uzadılması ehtimalı var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol