Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-aprel aylarında əlilliyi olan 5700 şəxsi 271 min reabilitasiya vasitəsi ilə təmin edib.
BUTA.TV xəbər verir ki, qeyd olunan reabilitasiya vasitələrindən 644-sı təkərli oturacaq (o cümlədən 11-i mühərrikli təkərli oturacaq), 870-i aşağı və yuxarı ətraf protezi, korset, 1500-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 2785 cüt protez və ortopedik ayaqqabı, 520 eşitmə aparatı verilib, onların ehtiyac duyduqları digər reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib. Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.
- Ölən kursantın kədərli taleyi: dostunun qəbri üstündə... - Foto
- Bakıdan Tiflisə qatarla neçəyə getmək mümkün olacaq?
- Qarabağ Universitetinin bu fakültəsi Şuşaya köçürüləcək
- Qarabağ qazisinin kursant oğlu vəfat etdi - Foto
- 5700 əlilə 271 min reabilitasiya vasitəsi verildi
- Bir qram qızıl 60 manat ucuzlaşdı
- Şuşa şəhərinə bu il köç olmayacaq - Xüsusi nümayəndə
- Qarabağdakı kəndlərdə xüsusi velosiped yolları salınır