Baş prokuror Kamran Əliyev mayın 26-da saat 10:00-da Qaradağ rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Qaradağ rayon sakinlərinin qəbulunu keçirəcək.
BUTA.TV xəbər verir ki, vətəndaşlar qəbulla bağlı Qaradağ rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
- Xankəndi, Xocalı və Ağdərə qayıdan ailələrin sayı...
- Doktoranturaya sənəd qəbulu başlayır
- Şuşada Avtovağzalın tikintisi planlaşdırılır
- Bakı-Naxçıvan-Bakı uçuşlarının icrası bərpa edildi
- 1 həftəyə Tiflisə qatarlar açılır - Rəsmən təsdiqləndi
- Kamran Əliyev Qaradağda vətəndaşları qəbul edəcək
- 1 həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
- “Speys FM”ə yeni direktor təyin edildi