“Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu

12:06 - 4 May 2026 - GÜNDƏM

 “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu

Azərlotereya” ənənəsinə sadiq qalaraq, artıq beşinci dəfə “Bakı Marafonu 2026”nın tərəfdaşı olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən marafon çərçivəsində şirkət sağlam həyat tərzinin təşviqi və idmanın inkişafına dəstəyini davam etdirib.

Marafonun əyləncə zonasında “Azərlotereya”nın xüsusi stendi qurulub və ziyarətçilərin ən çox maraq göstərdiyi məkanlardan biri olub. Burada iştirakçılar üçün müxtəlif interaktiv oyunlar təşkil olunub və qaliblərə hədiyyələr təqdim edilib. Şirkət bu təşəbbüslə idman və əyləncəni bir araya gətirərək iştirakçıların həm fiziki aktivliyini, həm də əhval-ruhiyyəsini artırmağı hədəfləyib.

2016-cı ildən etibarən Bakıda ənənəvi təşkil olunan 21 km-lik yarımarafon bu il ilk dəfə 42 kilometrlik tam marafon formatında keçirilib. Marafon ənənəvi olaraq Dövlət Bayrağı Meydanından start götürüb və bu dəfə Sea Breeze ərazisində başa çatıb.

25 min iştirakçının qeydiyyatdan keçdiyi marafonda Azərbaycan vətəndaşları ilə yanaşı ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları qələbə uğrunda yarışa qoşulublar.

Bu xəbər hal-hazırda çox oxunur
Əhməd xəstəxanadan qaçıb? - VİDEO

Qeyd edək ki, “Azərlotereya” “Bakı Marafonu”nun 2022, 2023, 2024 və 2025-ci illərdə də tərəfdaşı olub.

Ölkənin rəsmi lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan “Azərlotereya” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ölkə əhəmiyyətli layihələrə dəstəyini davam etdirməyi planlaşdırır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol