Hava şəraitinə görə ilanlar yuvalarından çıxmağa başlayıb. Aprel və may ayının sərin və soyuq keçməsinə baxmayaraq, ərazilərdə ilanlara rast gəlinir. May ayında zəhərli ilanlar daha aktiv olur. Əsasən də gürzələr. Yağış suları onların yuvalarına dolur, məcburiyyət qarşısında qalaraq çölə çıxmalı olurlar. Daha çox quru sahələrə gedirlər. Bunlardan başqa su və dam ilanları, çuruxbaş, kələz ilanı da artıq aktivləşməyə başlayıb".
BUTA.TV xəbər verir ki, bunu moderator.az-a açıqlamasında serpantoloq Anar Cəfərov deyib.
O, daha sonra əlavə edib:
"1-2 halı çıxmaq şərti ilə hələ ki əhali tərəfindən kütləvi müraciət yoxdur. Əsasən də Mərdəkan və Buzovna zonasında, bağlar massivində, həyət evlərindən dam ilanları ilə bağlı çağırışlar gəlib. Bəzi yerlərdə su ilanına da rast gəlinib. Yəqin ki, havalar sərin davam etsə, ilanların tam aktiv çölə çıxmaları bir az da uzana bilər. Amma havalar qızsa, onların artması kəskin halda müşahidə olunacaq".
Anar Cəfərov bildirib ki, ilanlar adətən dənizə yaxın olan ərazilərdə çox olur:
"Adətən bizə ilanlarla bağlı məlumatlar Bakıətrafı həyət evlərindən daxil olur. Şəhərin mərkəzindən elə də çox müraciət edən olmayıb. Əsasən Bakı bağlarıdır, Bilgəh, Qala, Mərdəkan, Türkan, Şüvəlan, Qaradağdan müraciətlər çoxdur. Bundan başqa Əhmədli, Həzi Aslanov, Hövsan tərəfdən də insanlar bizə müraciət edirlər".
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto
- Nazir Bərdənin rəisini Şəmkirə göndərdi
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi