Azərbaycan Ordusunun generalına yeni elmi ad verilib.
BUTA.TV "Yeni Sabah"a istinadla xəbər verir ki, Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov "professor" elmi adı alıb.
Bununla bağlı Ali Attestasiya Komissiyası qərar qəbul edib.
General-mayor A.Həsənov milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur. O, indiyədək dosent idi.
Qeyd edək ki, "Hərbi bilik" jurnalının redaksiya heyətinin siyahısında A.Həsənov professor kimi təqdim olunub.
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir
- Xətaidə təltif olunan hərbçilərin mükafatları təqdim edildi - Foto
- Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto