Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt

20:14 - 1 May 2026 - GÜNDƏM

 Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt

Hazırda ağır vəziyyətdə, süni tənəffüs aparatına qoşulan və reanimasiyada həyat mübarizəsi aparan həkim Asif Nəsirlinin ölkədə yeganə uşaq radioloqu olduğu üzı çıxıb.

BUTA.TV xəbər verir ki, bu barədə yazıçı Günel Natiq qeyd edib.

Uzun müddətdir onkoloji xəstəlikdən müalicə alan tanınmış yazıçı bildirib ki, bu, böyük boşluq yarada bilər:

“Asif Nəsirli yeganə uşaq radioloqu imiş. Bilirsiniz, o qatil nə qədər insana zərər verdi? Heç kim heç nədən sığortalanmayıb. Sabah kiminsə belə bir ehtiyacı yarananda və mütəxəssis tapılmayanda, yəqin ki, sakitcə indi olduğu kimi “Olur belə şeylər, haqq etmişik” deyəcək”.

Asif Nəsirlinin həyatı da hamar olmayıb. Mediada yayılan məlumata görə, o, bir neçə il əvvəl ağır əməliyyat keçirib, həyatla ölüm arasında qalıb.

Xatırladaq ki, Milli Onkologiya Mərkəzinin Şradiologiya şöbəsində partlayış ötən gün baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü xəstə Mübariz Sahib oğlu Əliyev üzərində gətirdiyi partlayıcı vasitəni Radiologiya şöbəsində partlatması nəticəsində həkim Asif Akif oğlu Nəsirov ağır yaralanıb.

M.Əliyev özü isə ölüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol