Bakıda əməliyyat-axtarış tədbirləri zamanı polisə müqavimət göstərən şəxslər tutulub. Hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən lent.az-a məlumat verilib.
Bildirilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan, əvvəllər dəfələrlə məhkum edilmiş Saleh Valehovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib.
Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq etməklə İ.Aslanov saxlanılıb.
O, xəstəxanaya yerləşdirilib, S.Valehov isə istinaqa təhvil verilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi