Kür çayı bu rayonda bəndi uçurdu

11:24 - 23 Aprel 2026 - GÜNDƏM

 Kür çayı bu rayonda bəndi uçurdu

Kür çayının Ağcabədi rayonu ərazisindən keçən hissəsində bənd uçub.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, son günlər yağan aramsız yağışlar Kürdə suyun səviyyəsini qaldırıb.

Nəticədə çayın Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, Qarqarçayın Kürə birləşdiyi ərazidə bənd yarılıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Ərazidə vəziyyət nəzarətdə saxlanılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol