Xəzərdə güclü zəlzələ: Dağıntı və tələfat var?

14:18 - 8 Aprel 2026 - GÜNDƏM

 Xəzərdə güclü zəlzələ: Dağıntı və tələfat var?

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.04.2026-cı il tarixində yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb.

FHN Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol