İran Hörmüzü açmağın şərtini elan etdi: Yalnız yuanla...

17:07 - 14 Mart 2026 - SİYASƏT

 İran Hörmüzü açmağın şərtini elan etdi: Yalnız yuanla...

İran Hörmüz boğazından neft daşınmasına razıdır, ancaq yalnız neftin pulunun Çin yuanı ilə ödənilməsi şərtilə.

BUTA.TV xəbər verir ki, bu barədə CNN yüksək rütbəli İran rəsmisinə istinadla məlumat yayıb.

“Bu, İranın dünyanın əsas arteriyasına nəzarəti ələ keçirmək üçün yeni planının bir hissəsidir”, - deyə məlumatda bildirilib.

Hazırda beynəlxalq bazarlarda neft ticarəti dollarla aparılır. Yeganə istisna rubl və ya yuanla ticarət edilən Rusiya neftidir.

Bu xəbər hal-hazırda çox oxunur
Bu ərazidə 3 saat işıq olmayacaq

Qeyd etmək lazımdır ki, Yaxın Şərqdəki gərginlikdən əvvəl Hörmüz boğazından gündə təxminən 20 milyon barrel neft keçirdi ki, bu da qlobal ixracatın 20-25%-ni təşkil edirdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol