Bakı bulvarı bahar nəfəsində - Foto

16:22 - 14 Mart 2026 - GÜNDƏM

 Bakı bulvarı bahar nəfəsində - Foto

Novruz bayramı münasibətilə Dənizkənarı bulvarda ziyarətçilər üçün xüsusi bayram guşəsi hazırlanıb.

BUTA.TV xəbər verir ki, bu il bayram məkanının tərtibatında daha fərqli və dinamik üsluba üstünlük verilib, baharın gəlişini və Novruzun ruhunu əks etdirən dekorativ elementlərdən geniş istifadə olunub.

Park estetikasına uyğun şəkildə qurulan guşədə Novruz atributları, baharı və yenilənməni simvolizə edən müxtəlif dekorativ elementlər quraşdırılıb, məkan mövsümi çiçəklərlə bəzədilib. Məkanın tərtibatında əsas məqsədlərdən biri ziyarətçilərin buraya daxil olan kimi baharın təravətini hiss etmələrinə şərait yaratmaq olub. Bu məqsədlə guşədə güllər və çiçəklərlə zəngin dekorativ kompozisiyalar qurulub, baharın ab-havasını və rəngarəngliyini əks etdirən elementlərdən istifadə olunub.

Eyni zamanda Novruz ənənələrini və baharın təravətini əks etdirən fotokünclər yaradılıb. Ziyarətçilər bu məkanlarda xatirə şəkilləri çəkdirərək bayram ab-havasını daha yaxından hiss edə biləcəklər.

Bu xəbər hal-hazırda çox oxunur
Bu ərazidə 3 saat işıq olmayacaq

Hazırlanan bayram guşəsində həm böyüklər, həm də uşaqlar üçün istirahət imkanları nəzərə alınıb. Məkan ziyarətçilərin asudə vaxtını daha maraqlı və rahat keçirməsi üçün park estetikasına uyğun şəkildə təşkil olunub, uşaqların əyləncəsi də diqqətdə saxlanılıb.

Dənizkənarı bulvarda təşkil olunan bayram yarmarkaları və tematik guşələrin hazırlanması son illər daha maraqlı və zəngin məkan yaratmağa xüsusi diqqət yetirilir. Bu istiqamətdə görülən işlərdə məqsəd hər yeni layihənin əvvəlki illərlə müqayisədə daha təkmil və daha cəlbedici olmasıdır. Bu il də hazırlanmış bayram guşəsi ziyarətçilərə Novruzun sevincini və baharın təravətini hiss etdirmək məqsədi daşıyır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol